Bu gün 3 saylı Cəbrayıl qaçqın düşərgəsində 68 yaşlı kişi özünü asaraq intihar edib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, İmişli və Biləsuvar rayonlarının inzibati sərhədində yerləşən 3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib.
Həmin düşərgəyə oğlugilə qonaq gələn 1950-ci il təvəllüdlü Cəbrayıl rayon sakini, Quliyev Sahib İmanqulu oğlu özünü həyətdəki ağacdan asaraq intihar edib. Səhər saatlarında onu asılmış vəziyyətdə yaxınları aşkar ediblər.
İntiharın hansı səbəblərdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır