Cəbrayıl rayonunda avtomobillər toqquşub, ölən və yaralananlar var.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə iyunun 9-u saat 18 radələrində rayonun Qumlaq kəndində qeydə alınıb.
Belə ki, Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.