Cəbrayılın işğaldan azad edilmiş Şükürbəyli kəndində Azərbaycan bayrağı dalğalandırıldı – VİDEO

Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kəndində ölkəmizin şanlı üçrəngli bayrağı asılıb.

Yenicag.az xəbər verir ki, bu barədə videonu Baku TV paylaşıb.

Bildirilib ki, kəndin mərkəzində yerləşən ələ keçirilmiş hərbi hissədə bayrağımız əsgərlərimiz tərəfindən yüksəkliklərə çəkilərək qürurla dalğalandırılıb.