Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Kərim Kərimov vəfat edib.
Yenicag.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, K.Kərimov Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.
Qeyd edək ki, K.Kərimov 1992-1993-cü illərdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.