Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olan Macarıstan da Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında tikinti-quruculuq işlərinə başlayacaq.
Yenicag.az xəbər verir ki, Bu haqda xəbəri Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət katibi Zoltan Kovacs özünün sosial media hesabında paylaşıb.
Z.Kovacs qeyd edib ki, 2024-cü ildə ölkəsi Qarabağ bölgəsinin yenidən qurulmasında iştirak edəcək. Bu iş üçün Macarıstanın tikinti şirkətlərindən ibarət konsorsium qurulacaq. O, qeyd edib ki, Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək.
Macar rəsmisi əlavə edib ki, Azərbaycan hökuməti bununla bağlı planları təsdiq edib və bəzi müqavilələr də artıq imzalanıb.
O da qeyd edilir ki, sözügedən məsələ Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstana səfəri zamanı vurğulanıb./bayraqdar media