Çeçenistan hələ belə toy görməmişdi – Video

244520Çeçenistanda respublikanın ilk prezidenti Əhməd Xoca Kadırovun nəvəsi Həmzət Kadırovun toyu olub. Toy aprelin 30-da və mayın 1-də Kadırovlar ailəsinin doğma məkanı olan Senteroy kəndində keçirilib.

Hamzat Kadırov Çeçenistan prezidenti Ramzan Kadırovun böyük qardaşı Zelimxan Kadırovun oğludur.

Toyda onlarla Bentley, Rolls-Royce, Mercedes Gelandewagen və s. markalı çox bahalı, superlüks avtomobillər vardı.

Çeçenistan prezidenti Ramzan Kadırov İnstagram-dakı profilində yazıb: “Böyük qardaşımın oğlu hafiz Həmzətin toyu oldu. Gəlinimiz İman Maqomadovadır. Sevincimizi qardaşlarım, Şimali Qafqaz regionlarının rəhbərləri, federal idarələrin rəhbərləri, Rusiyadan və başqa ölkələrdən qonaqlar bölüşdülər. Rusiyanın Şimali Qafqaz üzrə naziri Lev Kuznetsov da toyda idi. Toy çeçen xalq ənənələrinə əsasən keçirildi. Hər istəyən toyda iştirak edərək sevimli qonaq ola bilərdi”.

Toyda cıdır da təşkil olunub. Cıdırda Çeçenistan və Şimali Qafqaz respublikalarından 200-dən artıq çapar iştirak edib. Milli idman növləri üzrə yarışlar da keçirilib, qaliblərə avtomobillər və bahalı mükafatlar verilib. Toyda 2 mindən artıq qonağın iştirak etdiyi deyilir. (milli.az)

https://youtu.be/YCSakQYMgzw

https://youtu.be/k2A8m0YIuRY