Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Çeçenistana qarşı müharibə hələ Qorbaçovun dövründə planlaşdırılırdı” – Çeçen yazıçı

Reklam: Sinerji Pro

“Şamil Basayevin və başqa səhra komandirlərinin xarici kəşfiyyatlar tərəfindən ələ alınmasına dair iddialar cəfəngiyyatdır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Çeçenistan müharibəsinin baş verdiyi şəraiti və çeçen səhra komandirlərinin fəaliyyəti haqqında danışan Çeçenistanlı tarixçi, tanınmış yazıçı Rizvan İbrahimov deyib.

Rizvan İbrahimovun sözlərinə görə, Çeçenistana qarşı müharibə hələ SSRİ-nin mövcudluğunun son dövrlərindən planlaşdırılıb:
“Bu suala vaxtilə Mixail Qorbaçov dəqiq cavab verib. O, televiziya çıxışlarında iki dəfə bildirdi ki, Çeçenistan müharibəsi hələ onun SSRİ prezidenti olduğu vaxt Baş Qərargah tərəfindən planlaşdırılırdı.

Qorbaçov bu barədə ilk dəfə Birinci Çeçen Müharibəsindən sonra, ikinci dəfə isə 2000-ci illərdə, Marianna Maksimovaya telemüsahibəsində danışıb. Qorbaçovun sözlərinə görə, ona çeçenlərə qarşı müharibəyə başlamaq təklif olunsa da, o, bundan imtina edib.

Şamil Basayevə gəldikdə isə, mən istisna etmirəm ki, o, başlanğıc mərhələdə Rusiya kəşfiyyatı ilə əlaqədə olub. Ancaq mənim bunu təsdiqləyən sübutlarım yoxdur. Basayevin xüsusi xidmət orqanlarından, onların isə Şamildən istifadə etmələri mümkün idi. Başqa halda əməkdaşlıq qarşılıqlı faydaya əsaslanmalıdır.

Məsələn, Abxaziya nümunəsində xüsusi xidmət orqanlarının əsas məqsədi o respublikanı Gürcüstandan qoparmaq olub. Ancaq dağlı konfederatlar öz növbələrində abxazlara qarşı qırğınların qarşısını almağa çalışırdılar. Bir şeyi dəqiq deyə bilərəm ki, Basayev xüsusi xidmət orqanları ilə şüurlu şəkildə əməkdaşlıq etməyib, onun məqsədləri təmiz olub.

Eyni zamanda, Basayevin və başqa səhra komandirlərinin xarici kəşfiyyatlar tərəfindən ələ alınmasına dair iddialar da cəfəngiyyatdır. Çeçenistan rəhbərliyinin özü xaricdən kömək axtarırdı, ancaq heç bir ölkə ona dəstək vermədi.

Ancaq Rusiya kəşfiyyatı bəzi səhra komandirlərinin yanına öz adamlarını yerləşdirməklə, onları bu və ya başqa formada idarə edirdi. Həmçinin onlara yalan məlumatlar sızdırırdılar, hər hansı qərarın qəbulu üçün zəmin yaradırdılar. Əlbəttə, Rusiyanın polkovnik hərbi rütbəsini daşıyan səhra komandirləri də vardı. Məsələn, Ruslan Labazanov. Onun məsələsi hər kəsə məlumdur”.

Qafqaz Ömərov

www.yenicag.az

1571
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100