Çeçenistanda naməlum şəxslər təhlükəsizlik qüvvələrinə atəş açıb.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə Çeçenistanın Starı Açxoy kəndində baş verib.
Şübhəli şəxslər təhlükəsizlik qüvvələri tərəfindən dayandırıldıqdan sonra onlar atəş açmağa başlayıb.
Atışma zamanı 32 yaşlı polis serjantı yaralanıb, onun həyatı üçün təhlükə yoxdur.
Cavab atəşi nəticəsində hər üç hücum edən şəxs öldürülüb. Öldürülənlərin əmi və qardaş oğlu olduğu müəyyən edilib.
Ölənlərin qohumluğu barədə məlumatı BQXK-nın Çeçenistan üzrə departamenti də təsdiqləyib.
Agentlik bildirib ki, bunlar Qudermes şəhərinin 1963 və 1989-cu il təvəllüdlü sakinləridir. Ölənlərin adlarının Ruslan və Zelim olduğu bildirilib.
Məlumata görə, kəndin kənarında silahlı olan şübhəli şəxslər polisin diqqətini çəkib. Polis silahlarını təhvil verməyi tələb edəndə onlar atəş açıblar.
Qeyd edək ki, Açxoy-Martan bölgəsində baş verən atışma 2023-cü il martın 29-dan bəri Çeçenistanda təhlükəsizlik qüvvələrinin iştirakı ilə baş verən ilk silahlı insidentdir.
Xuraman Etibarlı