!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çeçenistanda qadın polis postunda özünü partlatdı

!Reklam – Yazi

Çeçenistan Respublikasının Qroznı şəhərinin Staropromıslovski rayonunda partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə respublika üzrə daxili işlər naziri vəzifələrinin icraçısı polis generalı Apti Alaudinov məlumat yayıb.

Onun sözlərinə görə, naməlum qadın Staropromıslovski rayonu ətrafında yerləşən polis postuna yaxınlaşıb. Ondan dayanması və sənədlərini təqdim etməsi xahiş olunub. Lakin qadın postda doğru qaçmağa başlayıb və bu zaman polis onun üzərində əldəqayırma partlayıcı qurğu olduğunu görüb. Polis əməkdaşları xəbərdarlıqedici atəş açdıqdan sonra o, partlayıcı qurğunu işə salıb.

Bildirilir ki, partlayış zamanı polis və mülki şəxslər arasında xəsarət alan olmayıb.

www.yenicag.az

1516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv