Reklam: High Technic
hightechnic

Çeçenistandakı hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

İŞİD terror təşkilatı bu gün Çeçenistanda Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücumla əlaqədar məsuliyyəti öz üzərinə götürüb.

RBK-nın verdiyi məlumata görə, bu barədə “SITE Intellegence Group” xəbər yayıb. “SITE Intellegence Group” terrorçuların və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparır.

Xatırladaq ki, martın 24-nə keçən gecə bir qrup silahlı Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum edib. Nəticədə, 6 silahlı məhv edilib.

Yeniçağ.az

www.yenicag.az

92