!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çeçen nazirdən Kərbəla adı ilə Goranboya aparılan qadınla bağlı - Açıqlama

!Reklam – Yazi

Çeçenistandan Kərbəla ziyarətində getmək üçün yola düşüb aldadılaraq Azərbaycana gətirilən yaşlı qadınla bağlı Çeçenistan hakimiyyəti məlumat yayıb.

Yenicag.az “Qovorit Moskva” radiostansiyasına istinadən xəbər verir ki, Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Ömərov 1914-cü il təvəllüdlü Mədinə Əliyevanın Çeçenistana aparılacağını deyib.

“Nənə özünün də istədiyi kimi Çeçenistan torpağında yaşayacaq. Ona bütün lazımi kömək göstəriləcək. O, öz xalqının arasında oğullar da, qardaşlar, nəvələr, nəticələr də tapacaq – məcazi mənada nəzərdə tuturam”.

Ömərov qadının Dağıstanın Xasavyurt rayonunun Osmanyurt kəndinin sakini olduğunu da əlavə edib.

Xatırladaq ki, Mədinə Əliyeva Azərbaycanın şimal-qərbində, Goranboyda tapılıb. O, İraqa ziyarət üçün yollandığını, lakin yol yoldaşları tərəfindən soyulduğunu bildirib. Yaşlı qadının sözlərinə görə, onun 200 dollar pulu və qızıl sırğaları oğurlanıb.

www.yenicag.az

4704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv