!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çeçenistanın Bakıda nümayəndəliyi açılır - Kadırov açıqladı

!Reklam – Yazi

Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılması barədə razılıq əldə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib.

O qeyd edib ki, Çeçenistan rəhbərinin müşaviri, Dövlət Dumasının deputatı Adəm Delimxanov Azərbaycana işgüzar səfər edib:

“Azərbaycan Prezidenti İlham Əliyev A.Delimxanovu qəbul edib. Görüş zamanı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılması barədə razılıq əldə olunub”.

R.Kadırov əlavə edib ki, Çeçenistanla Azərbaycan arasında münasibətlər zəngin ənənələrə malikdir və bunun əsasını ulu öndər Heydər Əliyev və Çeçenistanın birinci prezident Əhməd-Hacı Kadırov qoyub.

www.yenicag.az

5639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv