Çeçenlər və ermənilər arasında SİLAHLI İNSİDENT: Üç nəfər yaralandı – VİDEO

Fevralın 14-də Moskvanın mərkəzində çeçen və ermənilər arasında atışma olub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hadisənin görüntüləri sosial mediada yayılıb.

İnsidentin qəzaya görə baş verdiyi bildirilir.

Belə ki, “DXR” Boks Federasiyasının rəhbəri Armen Sarkisyanın qızı Emiliya Sarkisyan çeçen MMA döyüşçüsü Rəsul Oçayevin maşınına çırpılıb.

Rəsul qızın hərəkətinə görə cavabdeh olan bir kişinin çağırılmasını istəyib.

Qızın atası Armen Sarkisyan özü və mühafizəçiləri silahlanaraq hadisə yerinə gəlib.

Nəticədə qızın atası döyülüb, onun mühafizəçiləri güllə yarası alıb, çünki Rəsulun da silahı var idi.

İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. İlkin məlumata görə, üç zərərçəkən məlumdur.
Onlardan ikisi köməyə gələn Sarkisyan ailəsinin dostları və “Lexus”un sərnişini Rəsul Oçayevdir.

İstintaq Moskvanın mərkəzində bu qədər səs-küylü qarşıdurmaya nəyin səbəb olduğunu müəyyənləşdirir.

Xuraman Etibarlı

COP29