Cef Bezosla birgə kosmosa uçmaq üçün 28 milyon dollar ödədi

Amazon qurucusu Cef Bezos ilə kosmosa uçmaq üçün yer auksionda 28 milyon dollara satılıb.

Yenicag.az İnterfaks-a istinadən xəbər verir ki, hərrac Blue Origin kosmik təşkilatı tərəfindən aparılıb.

 

Amazonun rəhbəri və qardaşı ilə kosmasa yollanacaq şəxsin kimliyi açıqlanmayıb. Bu adın bir neçə həftədən sonra elan ediləcəyi təxmin edilir.