Çeferin yenidən UEFA prezidenti seçildi

Xəbər verdiyimiz kimi, bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi baş tutub.

Yenicag.az-ın məlumatına görə, toplantıda UEFA prezidenti postuna seçki keçirilib.

Aleksandr Çeferin növbəti 4 il müddətinə bu vəzifəyə seçilib. Sloveniyalı funksioner seçkidə yeganə namizəd olub.

Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir.