Amerikalı milyarder Ceff Bezosun sərvəti “Amazon” şirkətinin baş direktoru vəzifəsindən getdikdən sonra təxminən 11 milyard dollar artıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.
Belə ki, iyulun 5-də baş direktor postunu Endi Cessinin tutmasından sonra onun şirkətin səhmlərinin yüksəlməsi nəticəsində Bezosun sərvəti 10,6 milyard dollar artaraq 212,4 milyard dollara çatıb.