!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cəhənnəmdə yanan idmançılar: kimi körpüdən atıldı, kimi özünü güllələdi...

!Reklam – Yazi

İnsanın canına qıyması bütün hallarda günahdır. Amma təəssüflər olsun ki, psixoloji və mənəvi sarsıntıdan doğan intihar halları bütün zamanlarda, dövrlərdə yaşanıb. Qəribəsi odur ki, özünə qəsd edənlər arasında daha çox yaradıcı insanlar və məşhurlar var. . Yeniçağ.az dünyada və Azərbaycanda intihara əl atan idmançılarla bağlı hazırladığı yazını təqdim edir.

Tom Allin kimi tanınan Tomas Uilyam Allin hələ karyerasının zirvəsindəykən intihar edib. O, İngiltərənin “Warwickshire County” kriket klubunun üzvü olub. İdmançı 2016-cı ildə 28 yaşında intihar edib. Tom Allin doğulduğu Devon şəhərində özünü körpüdən atıb.

33 yaşında həyatına son vermiş idmançılardan biri də Antonio Pettiqryudur. Qısa məsafəyə qaçış üzrə Dünya çempionu olan Antonio 10 avqust 2010-cu ildə maşınının arxa oturacağında ölü tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, idmançı yüksək dozada dərman içərək, özünü öldürüb.

Tanınmış voleybolçu xanım Giulia Albini 2012-ci ildə intihar edib. O, Türkiyənin “Eczacıbaşı” voleybol komandasının italyalı məşqçisi Lorenzo Miçelli ilə sevgili olub. Lorenzo ayrılıq qərarı verdiyindən, Giulia özünü Fatih Sultan Mehmet Körpüsündən atıb.

“Amerikan güləşi”nin tanınmış simalarından kanadalı Kris Benua 40 yaşında intihar edib. O, 2007-ci il 24 iyunda evində arvadı və uşağı ilə birlikdə ölü tapılıb. Dünya və Avropa çempionu özünü asaraq intihar edib. İntiharından əvvəl o həyat yoldaşı – Nensi Benuanı və 7 yaşlı oğlunu boğaraq öldürüb.

Almaniyanın tanınmış idmançılardan biatlonçu Yuliya Piper 19 yaşında intihar edib. İdmançı odlu silahdan açılan atəşlə həyatına son qoyub. Yuliya 2014-cü il fevralın 16-da intihar etsə də onun ölümündən fevralın 24-də xəbər tutublar.

Dünyanın ən məşhur velosipedçi-ekstremalı, “VMX əfsanə” adlandırılan amerikalı Deyv Mirra 41 yaşında həyatla vidalaşıb. Əfsanəvi idmançı ABŞ-ın Şimali Karolina ştatındakı Qrinvill şəhərində şəxsi avtomobilində özünü güllələyib.

80-ci illərdə Almaniyanın ən yaxşı idmançılarından hesab olunan Yurqen Bryummer 49 yaşında özünü öldürüb. Almaniya yığmasının keçmiş üzvü 2014-cü ildə, Seul Olimpiadasının iştirakçısı Yurqen 15 yaşlı əlil oğlunu öldürdükdən sonra özünü körpüdən atıb.

Təəssüf ki, bu cür faciələr Azərbaycan idmançıları arasında da yaşanıb.

14 mart 2017-ci il tarixində sambo idman növü üzrə beynəlxalq dərəcəli idman ustası, cüdo üzrə əməkdar məşqçi “Tərəqqi” ordeninə layiq görülmüş Sabir Adıgözəlov da intihar edib. O, özünü Sumqayıtda yerləşən 38 saylı orta məktəbin həyətindəki ağacdan asıb. 59 yaşlı məşqçinin özünəqəsd səbəbi indiyədək bəlli deyil.

Sambo üzrə Dünya çempionu, idman ustası Əhəd Rəcəbli də həyatına intiharla son verib. 12 il cüdo ilə məşğul olmuş Rəcəblinin ömrünün son günlərində psixoloji cəhətdən bəzi problemlərinin olduğu və tez-tez dostlarına depressiya ilə bağlı gileyləndiyi bildirilirdi. O, özünü yaşadığı mənzildə idmanda qazandığı qara kəmərlə asıb. Məlumatlara görə, Rəcəbli intihardan öncə həyat yoldaşını mağazaya çörək dalınca göndərib. Xanımı qayıdana kimi veteran idmançı dünyasını dəyişib.

Kikboks üzrə Avrasiya çempionu, idman ustası, 1977-ci il təvəllüdlü Fərhad Aşurov da 2013-cü ildə intihar edənlər siyahısına adını yazdırıb. F.Aşurov özünü yaşadığı evin giriş qapısındakı qaz borusundan asıb. İddialara görə, Aşurov özü idmançı karyerasını məhv edib. Belə ki, hələ karyerasının zirvəsindəykən spirtli içki və narkotik aludəçisiymiş. Keçmiş idmançının sağlamlığı, o cümlədən, psixikası ilə bağlı problemləri də yaranıbmış.
Yeniçağ.az

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv