Ceki Çan qızını evdən qovdu: Lezbiyan olduğuna görə – VİDEO – Yenicag.Az

Reklam

Reklam

Boevik filmlərin ulduzu Ceki Çan 18 yaşlı qızı Etta U Çjolini evdən qovub.

Yenicag.az xəbər verir ki, bu barədə məşhur aktyorun qızı öz yaydığı video ilə məlumat verib. O, 30 yaşlı kanadalı model Endi Otla sevgi münasibətinə görə atasının qəzəbinə tuş gəlib. Məsələ burasındadı ki, Etta lezbiyandı. Aktyor bundan xəbər tutan kimi, qızından imtina edib.

Ceki Çanın qızının sözlərinə görə, atası onu evdən qovandan sonra çətinliklərlə üzləşib. O, model sevgilisi ilə küçələrdə qalıb. Bir neçə dəfə Endini atası ilə tanış etməyə çalışsa da, atası ona qapını açmayıb. O isə pulsuzluqdan Honkonq küçələrində gecələməli olur.

Maraqlıdı ki, Ettanın münasibətdə olduğu 30 yaşlı model məşhurdur. Belədə onların pulsuzluqdan şikayətlənməsi sosial şəbəkələrdə fərqli yozulub. Əksəriyyət belə hesab edir ki, onlar sadəcə, Ceki Çandan pul qopartmaq üçün belə edirlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 804
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.