Çəki itirməyin ən asan üsulu

Məşhur dietoloq artıq çəkidən əziyyət çəkənlərə qeyri-adi məsləhət verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, dietoloq Duyğu Çətin südün insanı kökəltdiyinə dair məlumatların yanlış olduğunu bildirib. O qeyd edib ki, gündə iki stəkan süd içməklə qısa müddət ərzində artıq çəkilərdən xilas olmaq olar:

“Süd maddələr mübadiləsini sürətləndirir, yağların enerjiyə sərf olunmasına kömək edir. Xüsusilə, qarın və bel nahiyəsində artıq çəkidən əziyyət çəkənlər gündə iki stəkan süd içməklə istədikləri görüntünü əldə edə bilərlər. Həmçinin, vitamin və minerallarla zəngin olan süd immuniteti gücləndirir, bədənin gün ərzində daha az qida tələb etməsinə səbəb olur”.