Çəkiclə evə basqın edən şəxs saxlanıldı

Bakıda evə çəkiclə basqın edən şəxs saxlanılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Goradil qəsəbəsində qeydə alınıb.

58 yaşlı Əliyev Nizami Əliəsgər oğlunu çəkiclə vuraraq quldurluq edən Ramin Məmmədov saxlanılıb. Evdə yaralı vəziyyətdə al qan içində açkarlanan Nizami xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Həkimlərin səyi nəticəsində Nizami Əliyevin həyatı xilas edilib.

Xəstəxanadan başından çəkic zərbələri alan Nizami Əliyevin vəziyyətinin ağır olduğunu bildiriblər.

Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar və ev sahibinin evində əvvəllər bağban işləyən Ramin Məmmədovu həbs ediblər. O, törətdiyi əməli etiraf edib.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.

COP29