Çəkiliş meydançasında kuryoz hadisə – Zürafənin zərbəsi rejissoru öldürdü

Kinorejissor Karlos Karvalyo Cənubi Afrika Respublikasında çəkiliş zamanı zürafənin hücumu nəticəsində ölüb.

Yenicag.az Trend-ə istinadən bildirir ki, Karvalyo yerli fermaların birində heyvanları iri planda çəkirdi. Bu an rejissora zürafə yaxınlaşıb çox güclü zərbə endirib. Zərbə Karvalyonu bir neçə metr kənara atıb.

Rejissor Yohanesburqda xəstəxanaya çatdırılıb, lakin orada dünyasını dəyişib.