İstintaq həmin rejissorun seksual zorakılığına məruz qalmış qadınların sayının onlarla olduğunu təxmin edir.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) yaşayan 41 yaşlı Maykl-Con Metyu işə düzəltmək adı altında görüşə dəvət etdiyi çox sayda qadını zorlamaqda ittiham olunur.
“The Daily Mail” nəşrinin yazdığına görə, Metyu bu ittihamlar əsasında 2016-cı ilin noyabrında həbs edilib. İstintaq təxmin edir ki, o, aldatmaq yolu ilə ən azı 6 qadınla cinsi əlaqədə olub. İttihamçıların fikrincə, əslində, Metyunun seksual qurbanlarının sayı bundan dəfələrlə çoxdur.
Zorakılığa məruz qalmış qadınların bildirdiyinə görə, Metyu özünü onlara pornofilm istehsalçısı olan şirkətin təmsilçisi kimi qələmə verib və kastinqə çağırıb, çılpaq fotosessiyalarını etdikdən sonra isə qadınları evinə aparıb.
İstintaq müəyyən edib ki, rejissor öz “qurban”larını “Facebook” vasitəsilə müəyyənləşdirib və özünü onlara Deja Stvolli kimi tanıdıb. Metyunun əsas hədəfi 17-25 yaşlı qadınlar olub və onlara 1,2 – 3,5 min dollar qazanmaq imkanı təklif edib.
Maraqlıdır ki, ittiham olunan rejissorun heç vaxt pornosənaye ilə əlaqəli olmayıb və “qurban”larının işə düzəlməsinə də təsir edə bilməyib.