Cəlilabad şəhər sakini X.Məmmədovun yaşadığı evə baxış zamanı narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun yaşadığı evə baxış zamanı 623,027 qram heroin, 2,502 qram metamfetamin və 8 ədəd fenazepam psixotrop maddə aşkar edilərək götürülüb.
Həmin vaxt evdə X.Məmmədovla birgə Bakı şəhər sakinləri E.Haqnəzərov və B.Fətəliyev də şübhəli şəxs qismində saxlanılıblar.
E.Haqnəzərovdan 1 ədəd “Motorolla” markalı radioötürücü, “Mitsubishi Pajero” markalı avtomobilinə baxış zamanı isə 1 ədəd cib bıçağı, 1 ədəd beşbarmaq və 2 ədəd radioqəbuledici aşkar edilərək götürülüb.