Cəlilabad sakinindən 1 kq heroin götürülüb

Cəlilabad rayon sakinindən 1 kq heroin götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniçağ.Az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevdən 1 kiloqrama yaxın heroin, 935 qram tiryək və 2,17 qram marixuana aşkar edilərək götürülüb.

 

Yeniçağ.Az