Cəlilabad sakinindən narkotik götürüldü

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən isə əlavə 1 kiloqram 960 qram tiryək götürülüb.