!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabad-Yardımlı avtomobil yolunda yeni çəkilən yol çökdü

!Reklam – Yazi

Yeni çəkilmış Cəlilabad-Yardımlı avtomobil yolunda iri çatlar yaranıb, yolda çökmə baş verib.

Yenicag.az xəbər verir ki, son günlər yağan yağıntılar səbəbindən ərazidə torpaq sürüşməsi baş verib.

Təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi avtomobil yolunda çökmələrə səbəb olub.

Sürücülərin sözlərinə görə, əvəllər kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq kəndində müşahidə olunur. Burada asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi 1 metr qısalıb.

Yardımlının Ərsilə və Arus kəndlərindən keçən hissələrində də sürüşmə aktivləşib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Həmin vaxt sürüşməyə məruz qalmış hissələr də təmir ediləcək./xezerxeber.az/

www.yenicag.az

27739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv