!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda 100-ə yaxın sakinin yaşadığı bina qəzalı vəziyyətdədir

!Reklam – Yazi

Cəlilabad şəhərində 43 il bundan əvvəl tikilən ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşüb.

Yenicag.az xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, bir neçə ildir ki, qəzalı vəziyyət yaranıb:

“Mənzillərdə yaşamaq təhlükəli hal alıb.Tavanlar uçur başımıza tökülür. Binanın əsas sütunları aşmaq üzrədir. Əksər bina sakinləri artıq qorxudan mənzillərini tərk ediblər. Beş-altı ildir demədiyimiz yer qalmayıb”.

Sakinlərin bildirdiklərinə görə, günbəgün təhlükəli vəziyyətə düşən binanın sakinləri hər an qorxu içərisində yaşayırlar:

“Dəfələrlə aidiyyəti üzrə qurumlara müraciət etsək də şikayətlərimizə baxan olmayıb. Bir neçə il əvvəl binanın dam örtüyü yenilənsə də bina heç bir zaman əsaslı təmir edilməyib”.

Qeyd edək ki, sözügedən yaşayış binası 1979–cu ildə tikilərək istifadəyə verilib. 16 ailənin yaşadığı yaşayış binasındakı mənzillərin hamısında eyni hal hökm sürür.

Problem ilə bağlı Cəlilabad Mənzil İstismar Sahəsindən bildirilib ki, sözügedən binanın qəzalı vəziyyətdə olması ilə əlaqədar Fövqaladə Hallar Nazirliyinə məktub ünvanlanıb: “Binaya baxış keçirildikdən sonra müvafiq qərar veriləcək. Bina sakinlərinə xəbərdarlıq da edilib”.

www.yenicag.az

188
Ads
www.veteninfo.com
!Reklam – Arxiv