Cəlilabad rayonunda 11 yaşlı uşaq çayda boğulub.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hadisə rayon ərazisindən keçən Mişarçay çayı qeydə alınıb. Şəxsiyyəti dəqiqləşdirilən uşağın çaya ehtiyatsızlıqdan düşdüyü bildirilir. Onun cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yeniçağ.Az