Cəlilabadda 3 otaqlı ev yandı

Cəlilabadda yanğın hadisəsi baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Göytəpə şəhərində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29