Cəlilabadın Göytəpə şəhərində ümumi sahəsi 96 kv.m olan ev yanıb.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 88 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.