Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü – FOTO

Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, VAZ-2107 markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayev ölüb. Onların hərbiçi olduğu bildirilir.

Hər 2 meyit müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA/