!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda ağır qəza: iki qardaşdan biri öldü

!Reklam – Yazi

2d9250954534d62da2b2ebd3741ad599Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 141-ci kilometrliyində yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonunun Alar kənd sakini 1978-ci il təvəllüdlü Zaur Alxan oğlu Əliyevin idarə etdiyi “Prado” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış avtomobildəki şəxsləri çıxarıblar. Güclü zərbə nəticəsində sürücünün yanında olan qardaşı, 1975-ci il təvəllüdlü Ziyad Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Zaur Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından təcili yardım maşınında Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

***
Cəlilabad rayonunda yol qəzası baş verib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonu, Ələt-Astara yolunun 141-ci kilometrliyində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 09:20-də başa çatıb(APA).

www.yenicag.az

950
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv