Cəlilabad rayonunda 11 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Şivələngə ilə Abaşabad kəndləri arasında yerləşən döngədə qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Əkbər Mətləb oğlu Kərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə əks istiqamətə hərəkət edən, 1953-ci il təvəllüdlü İbişov İbrahim İsaəli oğlunun idarə etdiyi 15 BN 515 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində hər iki sürücü və 9 nəfər sərnişin yaralınıb. Bunlar 1983-cü il təvəllüdlü Nəcəfov Vüsal Möhübbət oğlu, 1970-ci il təvəllüdlü Qasımova Şərqiyə Əvəz qızı, 1969-cu il təvəllüdlü İbişova Məryəm İsaəli qızı, 1978-ci il təvəllüdlü Kərimova Adilə Tapdıq qızı, 1947-ci il təvəllüdlü Kərimova Nərminə Ağahüseyn qızı, Kərimov Səttərxan Mətləb oğlu, 1952-ci il təvəllüdlü Ağayeva Arifə Xudakərim qızı və 1950-ci il təvəllüdlü Əzizov Balaxanım Fərman qızıdır. Yaralananlardan birinin vəziyyəti yüngül olduğundan ona ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır./Report/