Cəlilabadda ağır yol qəzası baş verdi – Xəsarət alanlar var 

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Mədətli kəndində qeydə alınıb.

Belə ki, “Niva” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir ailənin 7 üzvü xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.