Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kazımabad kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, İlqar Həsənov idarət etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürcü İ.Həsonov hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.