Cəlilabadda ata 1 yaşlı oğlunu maşınla vuraraq öldürüb

Cəlilabadda 1 yaşlı uşaq faciəli şəkildə ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 23-də Cəlilabad rayonunun Ləkin kənd sakini Məzahir Quliyev həyətində idarə etdiyi “QAZ-53” markalı avtomobillə 1 yaşlı oğlu Alını vurub və nəticədə uşaq hadisə yerində ölüb.

Yenicag.az