Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Cəlilabadda avtomobil sexində partlayış – Bir neçə avtomobil yanaraq kül oldu – FOTO

Cəlilabad rayonunda avtomobil təmiri emalatxanasında yanğın baş verib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad şəhərinin Qurtuluş prospektində yerləşən avtomobil təmiri emalatxanasında partlayış baş verib. Partlayışdan sonra emalatxanada yanğın olub.

Hadisə nəticəsində avtomobil təmiri sexinin yanar konstruksiyaları, eləcə də sexin içərisində təmirdə olan bir neçə nəqliyyat vasitəsi yanıb.

Avtomobil ehtiyat hissələrinin satıldığı dükan isə tamamilə yanaraq kül olub.

Hadisə yerinə gələn FHN-in Cəlilabad rayon Yanğından Mühafizə Bölməsinin əməkdaşları yanğının qarşısını almağa müvəffəq olublar.

İlkin ehtimala görə, yanğına təmir sexində yerləşən elektrik xəttlərində qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Səid Qərib

 

www.yenicag.az

2020
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS