!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda avtomobillə vurulan iki qardaşın biri öldü

!Reklam – Yazi

Cəlilabadda iki qardaş avtomobillə vurulub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində baş verib.

Rayonun Kazımabad kənd sakini Fəqan Əmirov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Göytəpə şəhər sakinləri, 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və qardaşı, 1990-cı il təvəllüdlü Kərimov Orxan Tacəddin oğlunu vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılsa da G.Kərimov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində cinayət işi başlanıb.

www.yenicag.az

90
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv