Cəlilabadda bıçaqlanma – Ata və oğlu xəstəxanalıq oldu

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, rayonun Sabirabad kənd sakinləri – 1946-cı il təvəllüdlü Vəliəhd Əziz oğlu Əliyev və onun oğlu, 1980-ci il təvəllüdlü Babək Əliyev mübahisə zəminində bıçaqlanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./APA/