Cəlilabadda dörd otaqlı ev yandı

Cəlilabadda dörd otaqlı ev yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.