Cəlilabadda ƏMƏLİYYAT: 15 nəfər həbs olundu – FOTO

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik maddə aşkar edilərək götürülüb. Onlardan 15 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.