Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb.
Yenicag.az xəbər verir ki, tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib.
E.Əmənovun sözlərinə görə, bu kitabə təxminən eramızdan əvvəl I minilliyə aiddir. Həmçinin tarixçi bildirib ki, salnamədəki yazılar tariximizin ilk rəsmi yazı sistemi olan – Runik yazı sistemində yazılıb.
İndiyədək Cəlilabad rayonu ərazisində bu tapıntı da, daxil olmaqla 11 daş yazı nümunəsi aşkar edilib. Onlardan 9-u Runik hərflərlə yazılıb, digər ikisinin qrafiki hələ ki, müəyyən olunmayıb.
Tapıntı Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək./Report/