Gecə saatlarında Cəlilabad rayonunun Alar kəndində yanğın hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə 1978-ci il təvəllüdlü kənd sakini Balakişiyev Rəcəb Orduxan oğluna məxsus 2 otaqlı yaşayış evində qeydə alınıb.
Dərhal hadisə yerinə Cəlilabad YMH-nin texnikası və canlı qüvvələri cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata görə, hər iki otaq tamamilə içərisindəki əşyalarla birgə yanıb.
Faktla bağlı araşdırma aparılır./Report/