Cəlilabad rayonunda 1 yaşlı körpənin üzərinə qaynar su dağılıb.
Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 2021-ci il təvəllüdlü R.A. (ad, soyadı şərti) qaynar sudan yanıb. Onun üzərinə içi qaynar su ilə dolu çaydan dağılıb.
Azyaşlı paytaxt xəstəxanalarından birinə aparılıb. R.A.-ya 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.
Körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./Report/