Cəlilabadda ağır qəza – Həkimi avtomobil vurdu

Cəlilabad rayonunda yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə “Sevinc” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, “Jiquli” markalı minik avtomobili Cəlilabad şəhər sakini Böyükağa Ələkbərovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Ələkbərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi çalışır.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29