!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda icra başçısı kabusu (?) – Əhali belə soyulur

!Reklam – Yazi

eziz-ezizovAzərbaycanın ən məhsuldar torpağı olan rayonlarından biri- Cəlilabad bu gün böhranlı günlərini yaşayır. Bərəkətli torpağı, zəhmətkeş insanları olan Cəlilabad sözün əsl mənasında səfalətin içərisində inildəyir. Cəlilabad bir zamanlar respublikanın ən imkanlı rayonlarından biri idi. İndi isə RİH-nin başçısı Əziz Əzizovun qeyri-peşəkar fəaliyyəti nəticəsində bu rayonda sadəcə vəhşət yaşanır.

Xatırladaq ki, Əziz Əzizov 10 ildən artıqdır ki, Cəlilabadda RİH-nin başçısıdır. Bu on il müddətində Əziz Əzizov cəlilabadlı sahibkaların başına ele oyun açıb ki, əksəriyyəti obyektlərini dəyər- dəyməzə satıb ölkədən baş götürüb gedib. Ətrafına bir qrup toplayan RİH başçısı hazırda rayonda ən kiçik ticarət obyektini də öz nəzarəti altına salıb. Cəlilabadda dövriyyəsindən və kvadratından asılı olaraq hər bir obyekt RİH-nin başçısına töycü ödəyir.

Düzdür bu pulların əksəriyyəti sahibkarlardan müəyyən adlar altında toplanır, ancaq ən çox rayon sahibkarlardan rayonda aparılan abadlıq üçün pul yığıldığı deyilir. Bundan başqa redaksiyamıza çatan məlumata görə, Əziz Əzizov İH-nin nəzdində olan “xeyriyyə fondu”na da sahibkarlardan pul yığdığı deyilir.

Qeyd edək ki, bu fonda sahibkarlarla yanaşı rayonun idarə və müəssisə rəhbərləri də maliyyə köçürürlər. Ancaq fonda toplanan pulların hara xərcləndiyi barədə heç o adamlara da hesabat verilmir. Qeyd edək ki, 2 ildən artıqdır ki, Cəlilabad rayonunda abadlıq işləri aparılır. Bu abadlıq işləri də birbaşa Əziz Əzizovun şəxsi biznesini inkişaf etdirir. Burada ciddi maxinasiyaların olduğu deyilir.

Cəlilabad rayonunda və Alar kəndində bütün obyektlətin fasadı alkopan örtüyü ilə üzlənib. Bu alkopan materiallarının 1 kvadratının ümumi montajının real qiyməti 33-38 manat arası olsa da Əziz Əzizovun göstərişi ilə sənədlərdə bu materiallar Türkiyə istehsalı olmağı göstərilməklə yanaşı 80-90 manata rəsmiləşdirilib. Redaksiyamıza verilən məlumata görə, bundan əlavə olaraq rayonda görülən bu işlərin ümumi həcmi fantastik dərəcədə şişirdilib. Məsələnin ən maraqlı tərəfi isə rayondakı obyektlərin fasadları zamanı istifadə olunan bütün “lesa”ların (dəmir ayaqaltılar) Əziz Əzizova məxsus olduğu deyilir. Əziz Əzizovun şəxsi mülkiyyətində olan bu “lesa”lar abadlıq işlərinin aparılması üçün Cəlilabad RİH-nə kirayəyə verilibdir. Hətta məlumatda deyilir ki, ötən il “lesa”larının müəyyən hissəsinin ustalar tərəfindən oğurlandığından şübhələnən RİH-nin başçısı özü yaxın “əyan-əşrəfi” ilə rayonun küçələrini gəzərək “lesa”larını axtarırmış.

Qeyd edək ki, on illik fəaliyyəti dövründə Əziz Əzizov Cəlilabadda özünə bir neçə obyekt tikdirib. Topdansatış mərkəzlərinə sahib olan başçı idarə və müəssisələri öz obyektindən alver etməyə məcbur edir. Bundan başqa Cəlilabadda fəaliyyət göstərən “Ülvi” şadlıq evinin də Əziz Əzizova məxsus olduğu deyilir. Rayonun rəhbər vəzifələri şəxsləri isə övladlarına bu şadlıq evində toy edərək başçının xoşuna gəlməyə çalışırlar.

Cəlilabad sahibkarlarının böyük əksəriyyəti Əziz Əzizovun abadlıq “siyasət”inə qurban gedərək böyük məbləğlərdə banklardan kredit götürüblər. İndi kreditlərini ödəyə bilməyən sahibkarlar sürətlə müflisləşirlər. Cəlilabad gənclərinin əksəriyyəti bir tikə çörək ucbatından Rusiyanın ən uzaq nöqtələrinədək səpələniblər.

 

 

 

 

 

 

Qlobal.az

www.yenicag.az

2725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv