Cəlilabadda iki otaqlı ev yandı

Cəlilabadda yanğın baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad rayonunda ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 42 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.