Cəlilabadda iki qadın dəm qazından zəhərləndi

Cəlilabad rayonunda iki nəfər dəm qazından zəhərlənib.

Yenicag.az xəbər verir ki, hadisələr ayrı-ayrı ünvanlarda qeydə alınıb.

Belə ki, rayonun Uzuntəpə kənd sakini, S.Xanəhmədova dəm qazından zəhərlənib.

Digər analoji hadisə ilə hadisə isə Cəlilabad şəhərində qeydə alınıb. Belə ki, rayon sakini, A.Əmirzadə dəm qazından zəhərlənib.

Hər iki şəxs rayon xəstəxanasına aparılıb.

Faktlarla bağlı araşdırma aparılır./Report/