Cəlilabad rayonunda kütləvi dava baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1990-ci il təvəllüdlü Şixəliyev Tural Tofiq oğlu tanıdığı adamlar tərəfindən döyülüb.
Yaralı baş nahiyəsindən aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.