Cəlilabadda kütləvi dava – Yaralananlar var
Cəlilabad rayonunda kütləvi dava olub.
Yenicag.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, tanışların arasında baş verən mübahisə zəminində Uzuntəpə kənd sakini 1990-ci il təvəllüdlü Abışov İlkin Azər oğlu döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Report/